"Facebook"a "dua istəmək"   özəlliyi gəldi
10 avqust 2021 11:42 (UTC +04:00)

"Facebook"a "dua istəmək" özəlliyi gəldi

“Facebook” ABŞ-da “dua istəmək” funksiyasını işə salıb.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu yeniliklə istifadəçilər bir-birindən dualar istəyə biləcək. Dostları, yaxınları üçün dua edənlər, onların paylaşımında olan “dua etdim” düyməsindən istifadə edəcəklər.

Bu yeniləmə, əsasən pandemiya dövründə dini qruplar tərəfindən onlayn icmaların yaradılmasına kömək etmək məqsədi daşıyır.

Qeyd edək ki, istifadəçilər dua haqqında paylaşımı bəyənib, onun haqqında şərh yaza biləcəklər.

Tezliklə bu yeniləmə bir çox ölkələrdə də tətbiq ediləcək.

Sevinc Fərid

# 3966
avatar

Oxşar yazılar