"Facebook" Ray-Ban Stories adlı smart eynəyi təqdim etdi - QİYMƏTİ...  - VİDEO
10 sentyabr 2021 02:28 (UTC +04:00)

"Facebook" Ray-Ban Stories adlı smart eynəyi təqdim etdi - QİYMƏTİ... - VİDEO

"Facebook" şirkəti "EssilorLuxottica" ilə birgə əməkdaşlıq çərçivəsində Ray-Ban Stories adlı smart eynəyi təqdim edib.
Lent.az "technote"a istinadən xəbər verir ki, Ray-Ban brendi məhz "EssilorLuxottica" şirkətinə məxsusdur.
Bu, hazırda bazarda ən uyğun qiymətə olan smart eynəkdir. Sözügedən smart eynək heç bir ekrana sahib deyil və bundan əlavə olaraq o, virtual reallıqda çalışmaq imkanını təqdim etmir. Faktiki olaraq bu, adi eynəkdir. Lakin buna baxmayaraq o, kameralar, mikrofonlar və səsgücləndiricilər ilə təchiz olunub. Bütün bu elementlərin sayəsində Ray-Ban Stories smartfonlara xas olan bəzi funksionallığı öz üzərinə götürür.

Huawei şirkəti Kirin A1 prosessoruna sahib olacaq smart eynək üzərində çalışır

Təqdim edilmiş smart eynək sözün əsl mənasında dəbli görünür.

Ray-Ban dəri materiala sahib xüsusi keys ilə birlikdə təqdim olunur və həmin keys şarj cihazı funksiyasını daşıyır. Təəssüflər olsun ki, eynək sudan qorunma özəlliyinə sahib deyil. Buna görə də onlardan yağışlı havada istifadə etmək lazım deyil. Maraqlısı ondadır ki, eynək üzərində "Facebook" loqosu və ya "Facebook"a xas olan hər hansı bir yazı yoxdur. Bunun məhz "Facebook" məhsulu olduğu yalnız eynəyin qutusunda əks olunub.

İstifadəçi Ray-Ban Stories vasitəsilə foto və video çəkə, "Bluetooth" vasitəsilə ondan qulaqlıq kimi istifadə edə və həmçinin mikrofonlar sayəsində danışıqlar reallaşdıra bilər. İdarəetmə prosesi eynək üzərində olan düymələr və ya səsli əmrlər vasitəsilə reallaşdırılır. Tam funksionallıq üçün eynək ya iOS ya da Android əməliyyat sistemi vasitəsilə çalışan cihaza qoşulmalıdır. Lakin çəkiliş prosesini smartfonsuz da etmək mümkündür. Bunun üçün "View Facebook "adlı yeni tətbiq mövcuddur.

    Çəkilmiş foto və videolar tətbiqə yükləndikdən sonra istifadəçilər eynəkdəki kameralar sayəsində həmin kontentlərə 3D effektlər əlavə edə bilərlər. Ray-Ban Stories artıq Ray-Ban mağazalarında və Ray-Ban.com saytında satışa çıxıb. Eynək ilk növbədə ABŞ-da, Böyük Britaniyada, İtaliyada, Avstraliyada, İrlandiyada və Kanadada satılır.

Lakin yaxın günlərdə smart eynək "Amazon", "Best Buy", "Sunglasses Hut" və "LensCrafters" kimi online platformalarda da satışa çıxacaq.

"Ray-Ban Stories" 299 dollara satılır.

# 3564
avatar

Oxşar yazılar