Ən sürətli avtomobil seçildi: 2 saniyəyə  100 km/saat-ı yığır
19 avqust 2023 17:55 (UTC +04:00)

Ən sürətli avtomobil seçildi: 2 saniyəyə 100 km/saat-ı yığır

Xorvatiyanın avtomobil istehsalçısı “Rimac Automobili” elektromobillər sinfində Nürburqrinqdə yeni rekorda imza atıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, “Rimac Nevera” hiperkarının sükanı arxasında xorvatiyalı yarışçı Martin Kodriç 20 kilometrlik alman trekini 7 dəqiqə 5,3 saniyəyə dövrə vurub. Bu ilin əvvəlindən dövrə rekordu “Tesla Model S Plaid”ə məxsusdur (7 dəqiqə 25,2 saniyə).

2022-ci ildə “Rimac Nevera” hiperkarı 412 km/saat sürətlənərək, kütləvi istehsal olunan elektrik avtomobilləri arasında yeni rekorda imza atdı. “Nevera” dörd elektrik mühərrikindən ibarət elektrik stansiyası ilə təchiz edilib. Onun ümumi gücü 1914 at gücünə bərabərdir. Hiperkar yerindən birinci “yüzlüyə” 1,97 saniyəyə çatır. 300 km/saat sürət yığması üçün isə 9,3 saniyəyə kifayətdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8565
avatar

Oxşar yazılar