Xüsusilə koronavirus epidemiyası ilə iş həyatından təhsilə, ofislərdən evlərə hər karyera addımının irəliləməsi keçən il kompüter satışlarında partlayışa səbəb oldu.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, bu partlayış kompüter satışlarında brend siyahısını da dəyişdi.
Siyahıda ilk iki ad dəyişməsə də, 3-cü yerin sahibi olan Apple öz yerini itirib. Hal-hazırda Lenovo kompüter satışlarının zirvəsindədir. Ardınca siyahıda HP yer alır. Dell isə 3-cü yerdəki yerini möhkəmləndirərək əhəmiyyətli bir irəliləmə edib. “Dell”in bu irəliləməsindən sonra Apple öz mövqeyini itirib. Beləliklə, 2020-ci ilin dördüncü rübündə bazarda yüzdə 27,1-i “Lenovo”nun, HP yüzdə 19,8, “Dell”in yüzdə 16,6 payı var.