Ən çox irqçi söyüşü paylaşan İngiltərə istifadəçiləri imiş
11 avqust 2021 17:26 (UTC +04:00)

Ən çox irqçi söyüşü paylaşan İngiltərə istifadəçiləri imiş

 “Twitter” İngiltərənin İtaliyaya penaltilərdə itirdiyi AVRO 2020 finalından sonra sosial platformadakı irqçi paylaşmaların böyük əksəriyyətinin İngiltərədəki istifadəçilər tərəfindən edildiyini bildirdi.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, “Twitter”dən edilən şərhdə deyilir: “11 iyuldakı final matçından sonra İngiltərə futbolçularına qarşı cinayət sayılan irqçi paylaşmaların edildiyi ölkələr arasında İngiltərə açıq-aşkar qabaqda idi.

  AVRO 2020 finalı gecəsi avtomatik vasitələrimiz dərhal dövrəyə girdi və 24 saat içində 1622 söyüşlü paylaşma təsbit edib qaldırdı.

  Sui-istifadə səbəbiylə təxirə salınan hesabların 99 faizi anonim deyildi.”

  Xatırladaq ki, Avropa Futbol Çempionatının finalında İtaliya və İngiltərə Uembley (Wembley) stadionunda qarşı-qarşıya gəldi. Normal müddəti və uzatma hissəsini 1-1 hesabı ilə başa vuran İtaliya matçın penalti hücumunda rəqibinə 3-2 üstünlük quraraq kuboku qazandı.

  İngiltərənin son üç penaltisini qaçıran Markus Reşford (Marcus Rashford), Ceydon Sanço (Jadon Sancho) və Bukayo Saka qarşılaşmadan sonra çox sayda sosial media istifadəçisi tərəfindən irqçi hücumlara məruz qaldı.   

  İngiltərə Milli Futbol Komandasının texniki direktoru Qaret Sautqeyt (Gareth Southgate) final matçından sonra təşkil edilən mətbuat konfransında futbolçulara qarşı irqçi təcavüzü "əfvedilməz" adlandırmış və paylaşmaların əksəriyyətinin İngiltərə xaricindən edildiyini söyləmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4293
avatar

Oxşar yazılar