Taftsa Universitetinin alimlər qrupu Vermont və Harvarddan olan həmkarları ilə birlikdə maraqlı elmi yeniliyə imza atıblar.
Lent.az xəbər verir ki, onlar bir-birilərini istehsal edə bilən biorobotlar hazırlayıblar və onları ksenobotlar adlandırıblar. Eni və uzunu 1 millimetr olan bu kiçik orqanizmlər sintetik biologiyada və tibb elmində inqilab hesab olunur.
İnsan orqanizminə daxil edilən həmin biorobotlar hüceyrələrə “komanda” verir, hüceyrələr onların əmrləri altında istənilən şəkli ala bilirlər. Alimlərin fikrincə, ksenobotların qorxudan cəhəti də var- onlar əmr almadan da çoxala bilirlər. Bu lap obotların insana müharibə elan etməsi barədə fantastik filmləri xatırladır.
Ksenobotların köməyi ilə sürətli alqoritmlər qurmaq, yaraları sürətlə sağaltmaq, qocalmanın qarşısını almaq, doğulan körpələrin ana bətnindəykən defektlərini sağaltmaq, xərçəng və digər sağalmaz xəstəlikləri məhv etmək mümkündür. Bu biorobotlar orqanizmdə reqenerasiya prosesini asanlaşdıracaq. Deyəsən insan ölümsüzlüyün açarını tapıb axı.