Dünyanın ən bahalı brendi bəlli olub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, "Amazon" şirkəti "Brand Finance Global 500"də "Apple" şirkətini keçərək dünyanın ən dəyərli brendi olub.
Eyni zamanda, Ceff Bezosun şirkəti bir ildə 51 milyard dollar dəyər itirərək, 350,3 milyard dollardan 299,3 milyard dollara düşüb.
“Apple”ın brend dəyəri 16 faiz azalaraq 297,5 milyard dollar olub. Üçüncü yerdə Google 281,4 milyard dollar, dördüncü yerdə Microsoft 191,6 milyard dollar və Walmart 113,8 milyard dollarla beşinci yerdə qərarlaşıb. Ümumilikdə, "Twitter" və "Snapchat"ın reytinqdən çıxmasından sonra siyahıdakı texnologiya şirkətlərinin sayı 50-dən 48-ə düşüb.
Ən sürətlə böyüyən brendlərdən bəziləri Tesla, 66,2 milyard dollarla reytinqdə 9-cu yerdə durub. Çin konqlomeratı "BYD" isə 199-cu yer olub. Ən bahalı Rusiya brendlərinin ilk üçlüyünə "Sber" 163-cü, "Qazprom" 420-ci və "Lukoil" 457-ci yerlə daxildir.
"Amazon" şirkətinin rəhbəri Ceff Bezos keçən il 85 milyard dollar itirib. Bununla da, 2022-ci ilin noyabrında şirkət ixtisarlar edib.