Dünyanın ən böyük ağıllı telefon istehsalçısı bu şirkət oldu
18 iyul 2021 14:37 (UTC +04:00)

Dünyanın ən böyük ağıllı telefon istehsalçısı bu şirkət oldu

Çinin texnologiya şirkəti “Xiaomi” dünyanın ən böyük ikinci ağıllı telefon istehsalçısı oldu.

 Lent.az bildirir ki, “Canalys” araşdırma şirkətinin məlumatına görə, “Xiaomi” “Apples”i qlobal bazarda geridə qoyaraq ikinci sıraya yüksəlib.

  “Xiaomi”nin 2021-ci ilin ikinci rübündə satışlarını 83 faiz artırması ilə bazar payı 17 faizə çıxıb.

  Ağıllı telefon sektorunun lideri “Samsung” 19 faizlik bazar payı ilə ilk sıradakı yerini qoruyub. Bir sıra geriləyən “Apple” 14 faiz payı ilə 3-cü olub.

  “Xiaomi” sözügedən dövrdə satışlarını Latın Amerikasında 300, Afrikada 150 və Qərbi Avropada 50 faiz artırıb.

# 3525
avatar

Oxşar yazılar