Britaniyada peyinlə işləyən dünyada ilk traktor yaradıblar.
Lent.az-ın xəbərinə görə, “Daily Mail” yazır ki, yeni texnologiyanın iqlim dəyişikliyi ilə mübarizədə kömək edəcəyi güman edilir.
İstehsalçı Kornuolladan olan “Bennamann” şirkətidir. Traktor güc baxımından dizel yanacağı ilə işləyən rəqiblərindən heç də aşağı səviyyəli deyil.
Məlumdur ki, bu şirkət 10 ildən artıqdır biometan istehsalı sahəsində tədqiqat və təkmilləşdirmə işləri ilə məşğuldur.
270 at gücündə olan New Holland T7 Methane Power LNG traktoru yalnız maye metanla işləyir.
“Əslində yanacaq cəmi 100 baş inək sürüsünün tullantı məhsulları yığılmaqla təmin edilir. Fermada həmçinin biometan anbarı tikilməlidir - bundan sonra uçucu metan kimi tanınan qaz emal olunur, sıxılır və aşağı emissiyalı yanacağa çevrilir. Traktorda metanı maye formada saxlayan kriogen çən quraşdırılıb - bunun üçün -162 dərəcə temperatur lazımdır. Nəticədə, traktor eyni gücü əldə edir, lakin emissiyalara əhəmiyyətli dərəcədə qənaət edir”, - hazırlayanlar qeyd ediblər.
Bildiyiniz kimi, metan Yer atmosferindən karbon qazından daha tez buxarlanır, eyni zamanda 20 il ərzində atmosferi karbondan 80 dəfə qızdırmaq qabiliyyətinə malikdir. Bu baxımdan metanın çıxarılması və istifadəsi qlobal istiləşmə ilə mübarizədə müsbət nəticələnəcəyinə inanılır.