Dünyaca məşhur şirkətin  yaradıcısı vəfat etdi
25 mart 2023 11:43 (UTC +04:00)

Dünyaca məşhur şirkətin yaradıcısı vəfat etdi

ABŞ-ın dünyaca məşhur “Intel” şirkətinin yaradıcısı Qordon Mur 95 yaşında vəfat edib.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mərhum martın 24-də Havaydakı evində dünyasını dəyişib. Şirkətin baş direktoru Pat Gelsing bu sözləri deyib:

“Mur texnologiya sənayesini öz biliyi və baxışı ilə inkişaf etdirib. Mənim karyeram və həyatımın çox hissəsi Qordonun "Intel"də rəhbərlik etdiyi imkanlarla formalaşıb və onun irsini davam etdirmək mənim üçün şərəf və məsuliyyətdir”.

Şirkətin digər həmtəsisçisi Endryu Qrov isə 2016-cı ildə 79 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, "Intel" geniş spektr elektron avadanlıqlar, kompüter komponentləri, mikroprosessorlər, sistem məntiqi qurğuları və s. istehsal edən şirkətdir.

# 2592
avatar

Sevinc Fərid

Oxşar yazılar