NASA-nın Marsa göndərdiyi “Curiosity” maşını Marsda elm dünyasını heyrətə salacaq bir ilkə imza atıb.
APA xəbər verir ki, NASA “Curiosity” maşınının Mərsda təmiz kükürd tapdığını açıqlayıb və bu kəşfin Marsın keçmişi haqqında yeni məlumatlar əldə etməyə kömək edəcəyini bildirib.
NASA-nın Marsdakı Elm Laboratoriyası (MSL) missiyasının bir hissəsi olaraq, Marsdakı Gale kraterini tədqiq edən “Curiosity” tədqiqat maşınının 2012-ci ildən bəri planetdəki fəaliyyətini davam etdirdiyi bildirilir.
Qeyd edək ki, “Curiosity”nin missiyaları Marsın iqlimini və geologiyasını araşdırmaq, Marsda nə vaxtsa həyatın olub-olmadığını və suyun varlığını araşdırmaq, planetar məskunlaşmanı və gələcəkdə insanların orada araşdırma aparmağının mümkün olub-olmadığını araşdırmaqdan ibarətdir.