Çinin 2 qıramlıq  robotu rekordları qırdı
04 dekabr 2024 16:18 (UTC +04:00)

Çinin 2 qıramlıq robotu rekordları qırdı

Çinin Beihang Universitetindən olan tədqiqatçılar BHMbot-B adlandırdıqları yeni mikro robot hazırlayaraq sürət və bacarıq sahəsində rekord qırıblar. Cəmi 15 mm uzunluğunda və 2 qram ağırlığında olan bu robot, dünyadakı ən sürətli mikro robotlardan biri olub.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, irəli və geri hərəkət qabiliyyətinə görə unikal olan bu böcək formasındakı robot, 38.7 bədən uzunluğu/saniyə (BL/s) sürətlə irəli, 44 BL/s sürətlə isə geri hərəkət edə bilir. Əslində, BHMbot-B-nin hərəkət mexanizmi elektromaqnit ötürücü sisteminə əsaslanır. Daxilindəki maqnit, bobin və birləşdirici mexanizm alternativ cərəyan vasitəsilə titrəmə yaradır.

Bu titrəmələr, robotun irəli və ya geri hərəkət etməsinə şərait yaradır. Hərəkət istiqaməti isə titrəmə tezliyinin dəyişdirilməsi ilə idarə olunur və robot istiqamətini çevirmədən hərəkət edir. BHMbot-B təkcə sürəti ilə deyil, digər sahələrdə də iddialıdır. Məsələn, robot öz çəkisindən 32 dəfə ağır yükləri daşıya bilir və bu yüklərlə birlikdə 3.2 BL/s sürətlə hərəkət edə bilir. Bundan əlavə, şüşə, qum və hətta əyri borular kimi müxtəlif səthlərdə problemsiz şəkildə hərəkət edə bilir. Bu robot, harada istifadə edilə bilər? Mikro robotun potensial istifadə sahələri olduqca genişdir. Bunlara daxildir:

BHMbot-B əvvəlki mikro robotlardan fərqli olaraq hərəkət istiqamətini dəyişdirərkən mövqeyini itirmədən geri manevr edə bilir. Tədqiqatçılar robotun bacarıqlarını daha da inkişaf etdirmək üçün çalışmaları sürətlə davam etdirirlər. Növbəti mərhələdə robotun avtonom naviqasiya və ətraf mühiti dərk etmə qabiliyyətləri ilə təchiz olunması planlaşdırılır. Beləliklə, robot tamamilə müstəqil şəkildə hərəkət edə biləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 810
avatar

Oxşar yazılar