Çin smartfonları istifadəçi haqqında həddindən artıq miqdarda məlumat toplamaqda günahlandırılıb.
Lent.az xəbər verir ki, bu barədə “The Register” məlumat yayıb.
Mütəxəssislər populyar olan Çin şirkətlərinə məxsus “OnePlus”, “Xiaomi”, "Redmi", "Oppo" və "Realme" smartfonlarını təhlil edib.
Onlar sınaq zamanı müəyyən edib ki, bu telefonlar məlumatları təkcə istehsalçıya deyil, proqram təminatçılarına və telekommunikasiya operatorlarına ötürür:
"Ümumilikdə bu məlumatlar istifadəçilərin gizliliyi və geniş nəzarəti baxımından ciddi risklər yaradır", - deyə tədqiqatçılar bildirib.
Belə ki, “Redmi” cihazları istifadəçi hər dəfə əvvəlcədən quraşdırılmış proqramlardan birini açanda serverə məlumat göndərir. Hətta istifadəçi Çin ərazisini tərk etsə və ya yerli operatorların SİM kartlarından istifadəni dayandırsa belə, məlumatların toplanması davam edəcək. Bundan əlavə, ekspertlər müəyyən ediblər ki, Çin smartfonlarında digər bazarlar üçün hazırlanmış “Android” cihazları ilə müqayisədə üç-dörd dəfə çox proqram əvvəlcədən quraşdırılıb.