Bu ölkədə Rusiya və Çinin proqram təminatlarını  telefonlardan silmək tövsiyə edildi
22 mart 2023 05:29 (UTC +04:00)

Bu ölkədə Rusiya və Çinin proqram təminatlarını telefonlardan silmək tövsiyə edildi

Niderland hökuməti məmurlara Rusiya, Çin, Şimali Koreya və İran şirkətlərinin proqram təminatlarını cihazlardan silməyi tövsiyə edib. Hökumət bu ölkələrin kiberproqramlarını “aqressiv” hesab edir.
 
Lent.az-ın xəbərinə görə, bu barədə “Politico” ölkənin rəqəmsallaşma üzrə dövlət katibi Aleksandra Van Haffelenin məktubuna istinadən yazır.

Bundan əvvəl Aleksandra Van Haffelen xüsusi xidmət orqanlarına TikTok tətbiqinin hökumət telefonlarında istifadəsi ilə bağlı mümkün riskləri öyrənməyi tapşırmışdı.

# 2895
avatar

Oxşar yazılar