BMW də elektromobilini təqdim etdi – ELƏ MATERİALDAN HAZIRLANIB KI…
07 sentyabr 2021 19:33 (UTC +04:00)

BMW də elektromobilini təqdim etdi – ELƏ MATERİALDAN HAZIRLANIB KI…

BMW şirkəti gələcəyin elektromobilini təqdim edib. 

Lent.az “technote”a istinadən xəbər verir ki, sözügedən elektromobilin əsas özəlliklərindən biri odur ki, onu tamamilə emal etmək mümkündür. 

Bu, sadəcə elektromobilin konsept versiyasıdır və rəsmi istehsaldan hələ söhbət getmir. Təqdim edilmiş elektromobil konseptinin adı isə “BMW i Vision Circular”dır. 

Elektromobil konseptinin təqdimatı Münhendə baş tutub. Bu elektromobil elə materiallardan hazırlanıb ki, onu tamamilə emal etmək mümkündür. Bunun üçün istehsalçı elektromobildə dəridən, xromdan, vintlərdən, düymələrdən və s. kimi komponentlərdən istifadə etməyib.

Təbii ki, bu halda elektromobilin təhlükəsizlik tələblərinə nə dərəcədə cavab verdiyi məlum deyil. Lakin buna baxmayaraq, şirkətin fikrincə, 20 ildən sonra nəqliyyat vasitələrinin böyük hissəsi məhz bu cür olacaq. 

Şirkət həmçinin bildirib ki, sözügedən elektromobilin batareyasının istehsalında istifadə edilmiş materiallar da təkrar emal prosesi nəticəsində əldə olunub. Elektromobilin gövdəsi anodlaşdırılmış alüminiumdan, arxa konstruksiyası poladdan, təkərləri isə təmiz kauçukdan ibarətdir.
 

# 3774
avatar

Oxşar yazılar