Bloqqerlərin  hesabları necə ələ keçir?
27 fevral 2023 10:11 (UTC +04:00)

Bloqqerlərin hesabları necə ələ keçir?

2023-cü ilin yanvarında dünya üzrə istifadəçilər tərəfindən Google xidmətlərini imitasiya edən fişinq resurslarına giriş cəhdlərinin sayı 2022-ci ilin dekabr ayı ilə müqayisədə təxminən üç dəfə, yəni 189% artıb. 

Lent.az-ın məlumatına görə, fevralın əvvəlində bu tendensiya davam edib.

Fişinq səhifələri tez-tez hesab məlumatlarını ələ keçirmək üçün yaradılır ki, bu da təcavüzkarlara Google ekosistemindəki şəxsin bir neçə hesabına, məsələn, YouTube hesabına, sürətli giriş imkanı verə bilər.
Ümumilikdə, fırıldaqçılar populyar video hostinqdə oğurlanmış hesablardan məqsədlərinə çatmaq üçün bir meydança kimi istifadə edə bilərlər. İstifadəçilərin rastlaşdıqları saxtakarlıq sxeminin nümunəsi belə görünür: təcavüzkarlar məşhur blogerin hesabına daxil olur, onun fonunu və profil avatarını dəyişir, sonra isə öz videosunu yayımlamağa başlayır.

Kaspersky mütəxəssislərinin diqqətini çəkən bu tip yayımlardan biri İlon Maskın adından istifadə edərək kriptovalyutalar mövzusuna həsr olunub. Təcavüzkarlar izləyiciləri ekranda göstərilən QR koda keçid etməyə inandırmağa çalışıblar. Xüsusilə, bu linklərdən birinin arxasında kriptovalyuta uduşunun keçirildiyi iddia edilən skam resursu dayanıb. Belə saytlarda istifadəçilər pul və şəxsi məlumatlarını itirmək riski ilə üzləşirlər.

“Məşhur blogerlərin kanalları təcavüzkarlar üçün cəlbedici hədəfdir: onları “abunəçi ordusu” cəlb edir ki, bu eyni anda çoxlu sayda potensial qurbana çatmağa imkan verir. Biz hər kəsi - həm məşhur blogerləri, həm də onları izləyənləri hesablarının təhlükəsizliyi baxımından diqqətli olmağa çağırırıq. Güclü şifrələrdən istifadə edin, iki faktorlu autentifikasiya quraşdırın, fişinq saytlarına girişinizi əngəlləyəcək və zərərli proqramlara yoluxmamağınıza kömək edəcək təhlükəsizlik həllərini quraşdırın”, - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2397
avatar

Sevinc Fərid

Oxşar yazılar