Benzin markasını dəyişdikdə nə baş verir? - Büdcəyə qənaət, yoxsa əlavə xərc...
09 sentyabr 2021 12:39 (UTC +04:00)

Benzin markasını dəyişdikdə nə baş verir? - Büdcəyə qənaət, yoxsa əlavə xərc...

Sürücülər büdcələrinə qənaət etmək üçün avtomobilə lazım olan benzin markasından daha aşağı benzin markasına keçid edirlər.

Bəs görəsən bunun maşına nə kimi fəsadları var?

Avtomobilə tam baxış ustası Vüsal Mehdiyevin sözlərinə görə, benzin maşının əsas hissələri ilə əlaqəli olduğu üçün, onu daim keyfiyyətli olanını istifadə etmək lazımdır. Benzin markasını dəyişdirən sürücü bir çox problemlə üzləşir: ”Fəsadların ən birincisi katalizatorun yanmasıdır. Daha sonra katalizatorun “daççik”lərinin əriməsidir. “Sveça” başlıqlarının yanmasını göstərmək istərdim. Ucluqlar həddindən artıq uzun olub, ara məsafələri görün nə qədər çoxalıb. Bunun əsas səbəbi maşının işlətməli olduğu 98-dir amma 95 marka benzin işlədilir və ya 92-i marka benzinə düşəndə baş verir eyni hal. Bu maşın 4 slinderdən ibarət olduğu üçün 4 “farsunka”sı var. Bu “farsunka”ların tutulmasına səbəb olur”.

Sorğu zamanı bəzi sürücü Rahib İsmayılov deyir ki, büdcəsinə qənaət etmək üçün, benzin markasını dəyişsə də, faydasından daha çox zərərin görüblər: ”Mən özüm yoxlamışam ki, keçid etdikdə hansı fəsadı ola bilər. Mühərrikin çox ağır işləməsi baş verib. Ən böyük fəsadı isə “farsumka”ların tez çirklənməsi, şamların sıradan çıxması, sonda isə mühərrikin dayanmasına gətirib çıxara bilər”.

Ustalar deyir ki, çox zaman 95 marka bezin istifadə edən sürücülər, 92 marka ilə 95-i qarışdıraraq eyni nəticəni almaq istəyir. Lakin bu üsul benzin markasına birbaşa keçiddən, daha çox fəsad verir.

Usta Vüsal Mehdiyev deyir ki, heç bir zaman 92 marka benzinlə 95 markanı qarışdırmaq olmaz: “Çünki onlar qarışmayan maddədir. Faktiki olaraq tam başqa fəsad alınır. Bəzi sürücülər yaxınlaşır deyir ki, mən 92 marka benzinlə sürürəm heç bir fəsadı yoxdur. Amma biz ona deyir ki, sen matorun yağına bax gör nə haldadır”.

Avtomobil üzrə çilingər Şahin Mənsimov isə söyləyir ki, benzin markasını dəyişdirməzdən əvvəl sürücülər bir neçə nüansa diqqət etməlidir: ”Bəzi sürücülər var imkanı yoxdur 95 marka benzin almağa, o zaman maşının “aktaun”ları var onlardan istifadə etsin. “Farsunka”ları yuyulsun və ya bir müddət 95 marka benzin işlətsin sonra 92 markaya keçid edə bilər”.

Ustalar deyir ki, son aylarda servislərə müraciət edən hər üç sürücüdən biri, avtomobilində benzinlə bağlı yaranan problemlərdən dolayı müraciət edir. 

# 2874
avatar

Oxşar yazılar