“Bayraktar-TB3” pilotsuz uçuş aparatlarının kütləvi istehsalı 2023-cü ilin sonuna qədər başlayacaq.
Lent.az APA-ya istinadla xəbər verir ki, bu barədə “HaberTürk” telekanalına müsahibəsində “Baykar Teknoloji” şirkətinin baş direktoru Haluk Bayraktar bildirib.
O qeyd edib ki, “Bayraktar-TB3”ün ilk uçuşu da eyni ildə həyata keçiriləcək.
H.Bayraktar “Kızılelma” pilotsuz döyüş təyyarəsinin satın alınmasına dair bir neçə ölkədən sifariş alındığını vurğulayıb.