"Bayraktar" haqqında film çəkildi
29 yanvar 2023 04:56 (UTC +04:00)

"Bayraktar" haqqında film çəkildi

Ukraynalı jurnalist Nataliya Moseiçuk və komandası “Bayraktar TB2” pilotsuz hücum kompleksinə həsr olunmuş “Bayraktar Legend Wings” (Bayraktar əfsanə qanadları) adlı sənədli film hazırlayıblar.

Lent.az Anadolu agentliyinə istinadla xəbər verir ki, ukraynalı jurnalistlər filmin çəkilişləri üçün üç gün İstanbulda olublar. Ekran əsəri Ukraynanın ən böyük telekanallarından olan 1+1 kanalında yayımlanıb.

Filmdə “Baykar” şirkətinin rəhbəri və Türkiyə Texnoloji Komandası Fondunun İdarə Heyətinin sədri Haluk Bayraktar, “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar “Bayraktar TB2”lərin inkişaf mərhələsindən danışıblar.

Ekran əsəri “Baykar Technologies” adlı yutub kanalında və Ukraynanın digər televiziya kanallarında da yayımlanıb.

# 3888
avatar

Oxşar yazılar