Bakıda satılan bahalı maşın  Hitlerin generalına məxsus imiş
19 yanvar 2023 18:39 (UTC +04:00)

Bakıda satılan bahalı maşın Hitlerin generalına məxsus imiş

2021-ci ilin avqust ayında ölkədə 1,5 milyona retro maşın satılması ilə bağlı xəbər vermişdik. Hazırda həmin avtomobillə bağlı maraqlı faktlar ortaya çıxıb.

Bir zamanlar həmin maşını Adolf  Hitlerin generalı idarə edib.

Bu barədə Lent.az-a maşının sahibi Teymur Məmmədov məlumat verib.

Onun sözlərinə görə, bu maşını qohumu Heydər Əhədov vəfat etdikdən sonra mərhumun oğlundan alıb:

"Heydər Əhədov deyirdi ki, bu maşın Almaniyada Hitlerin generallarından birinin şəxsi maşını olub. Bu maşın bir sıra xeyr işlərdə istifadə olunub. Eyni zamanda, bir neçə dəfə retro maşın kimi kliplərə çəkilib. İndi klassik maşını satmaq istəyirəm. Çünki daha yaxşı şəraitdə saxlanılmalıdır. Ölkəmizdə də bir dənədir bundan. Qiyməti isə 1 milyon 445 min manatdır". 

Xatırladaq ki, avtomobil "Mercedes 170V” 1936-cı ilin fevralında Berlində keçirilən Beynəlxalq avtomobil və motosiklet sərgisində təqdim edilib. Zavod 1936-1942-ci illərdə bu modeldən 75 min istehsal etmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4443
avatar

Fidan İlqar

Oxşar yazılar