Azərbaycanda casus proqram  peyda oldu: 54 mindən çox  məlumat oğurlayıb
21 noyabr 2025 14:10 (UTC +04:00)

Azərbaycanda casus proqram peyda oldu: 54 mindən çox məlumat oğurlayıb

0

Elektron Təhlükəsizlik Xidməti ölkə üzrə bəzi informasiya sistemlərini hədəfləmiş və istifadəçi giriş məlumatlarının ələ keçirilməsini təmin edən “infostealer” tipli zərərli proqram təminatının fəaliyyəti ilə bağlı göstəriciləri müəyyən edib. 

ETX-dən Lent.az-a verilən xəbərə görə, ilkin təhlil nəticəsində ölkə üzrə 859 kompüterin sistemi sözügedən zərərli proqram təminatına yoluxub və həmin sistemlərdən 54 924 ədəd istifadəçi adı və şifrə məlumatı ələ keçirilib. 

Hazırda Xidmət məlumatların təhlili, potensial qurbanların müəyyən edilməsi, eyni zamanda mümkün təsir dərəcəsinin qiymətləndirilməsi və aradan qaldırılması istiqamətində metodoloji dəstəyin göstərilməsi üzrə aktiv fəaliyyət aparır. 

Qeyd edək ki, əldə olunan göstəricilər operativ şəkildə emal olunaraq aidiyyəti qurumlara birbaşa təqdim ediləcək.

Elektron Təhlükəsizlik Xidməti bütün təşkilat və vətəndaşları kibertəhlükəsizlik tədbirlərini gücləndirməyə, şübhəli fəaliyyət halları müşahidə edildikdə 1654 “Qaynar xətt”i və ya [email protected] elektron poçt ünvanı vasitəsilə məlumat verməyə çağırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 142

Oxşar yazılar