Avropada bu  noutbuklar   qadağan ediləcək 
16 iyun 2023 18:47 (UTC +04:00)

Avropada bu noutbuklar qadağan ediləcək 

Avropa İttifaqı Parlamenti batareyaları dəyişdirilə bilməyən noutbukların satışını qadağan edən yeni direktivi qəbul edib. 

Lent.az “ComputerBase” şirkətinə istinadən məlumatına görə, noutbukların ömrünü uzatmaq və ətraf mühitə zərərli elektron tullantıların miqdarını azaltmaq məqsədi daşıyan yeni qanun qəbul olunduqdan cəmi üç il yarım sonra qüvvəyə minəcək.

Daşınan qurğular elə dizayn edilməlidir ki, istehlakçılar batareyaları özləri çıxarıb dəyişdirə bilsinlər. 

Aİ-nin yeni parlament tələbi demək olar ki, bütün noutbuk istehsalçılarının həyatını çətinləşdirəcək. Çünki onların hamısı çıxarılmayan batareyaları olan modellərə, o cümlədən batareyaları korpusa yapışdırılmış nazik ultrabuklara malikdir. Əksər hallarda belə batareyalar hələ də dəyişdirilə bilər. Amma bunu yalnız xidmət mərkəzlərinin mütəxəssisləri edə bilər.

Yeni tələb hələ ki, smartfon və planşet kompüterlərə şamil edilməyib. Lakin ola bilsin ki, gələcəkdə yeni qaydaların onlara da təsiri olsun.
 

# 3339
avatar

Sevinc Fərid

Oxşar yazılar