Şanxayda Apple-ın podratçılarından biri olan “Quanta Computer”in ərazisində bir ay ərzində üçüncü iğtişaş baş verib.
Lent.az-ın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Bloomberg” məlumat yayıb.
Aprelin əvvəlindən Çində növbəti COVID-19 epidemiyası ilə əlaqədar “Quanta Computer” zavodunda iş şəraiti ciddi şəkildə sərtləşdirilib.
Belə ki, mayın 6-da işçilərin zavodun ərazisini tərk etməsinə qadağa qoyulması və iş yerlərinin yaxınlığında yaşamağa məcbur edilməsi səbəbindən ilk iğtişaş baş verib.