Android telefonlarının qiymətləri təxminən 20% artacaq.
Lent.az xəbər verir ki, yeni nəsil prosessorlar, Snapdragon 8 Gen 4 və Dimensity 9400, sələflərindən qat-qat baha olacaq.
Söhbət TSMC-nin 3nm proses texnologiyasına keçəcək Qualcomm və MediaTek-in yeni nəsil prosessorlarından gedir.
Qualcomm yeni məhsulunu 190 dollara satmaq niyyətindədir. MediaTek çipi daha ucuz olacaq – təxminən 155 dollar.
Prosessorların qiymətlərinin artmasının bütün Android flaqmanlarının qiymətlərinin artmasına səbəb olacağı gözlənilir, çünki istehsalçılar adətən əlavə xərcləri istehlakçıya ötürürlər. Baxmayaraq ki, şirkətlər rəqabətqabiliyyətli qiyməti saxlamaq üçün digər komponentlərə də qənaət edə bilərlər.
Snapdragon 8 Gen 4 ilə təchiz ediləcək smartfonlar arasında “Xiaomi 15” seriyası, “Samsung Galaxy S25” və “OnePlus 13”, həmçinin yüksək səviyyəli “Vivo” və “Oppo” var. Gələcəkdə hansı cihazların yeni MediaTek çipi ilə təchiz olunacağı hələ məlum deyil.
“Xiaomi 15”in bazarda Snapdragon 8 Gen 4-ü alan ilk model olacağı artıq təsdiqlənib. Çin brendi bortunda ən son Snapdragon olan cihazların ilk buraxılışına eksklüziv hüquqlarını özündə saxlayır. Bundan sonra “OnePlus” və “iQOO” bu hüquqdan istifadə edə bilər.