Amerikada Z qurşağı gün ərzində nə ilə məşğuldur? - Araşdırma
11 iyul 2021 09:05 (UTC +04:00)

Amerikada Z qurşağı gün ərzində nə ilə məşğuldur? - Araşdırma

Amerika Birləşmiş Ştatlarında aparılan bir araşdırma Z qurşağının 20 faizinin gündə ən az 5 saatını “TikTok”da keçirdiyini ortaya çıxarıb.

 Lent.az xarici KİV-ə istinadən bildirir ki, ABŞ-da gənclərin vərdişlərini araşdırmaq üçün ictimai sorğu keçirilib. “GetWizer and Joy Ventures”in araşdırmasında gənclərin sosial mediada nə qədər zaman keçirdikləri sualına cavab axtarılıb. Məlum olub ki, Z qurşağı, yəni 15-24 yaş arası gənclərin 20 faizi, yəni hər 5 gəncdən biri günün ən az 5 saatını Çin mərkəzli “TikTok”a sərf edir.

  Gənclərin günə “Snapchat”la başladıqları, yatmazdan əvvəl isə “TikTok”da gəzişdikləri bəlli olub.

  “Youtube” və “İnstagram” da gənclərin ən çox istifadə etdiyi sosial media platformaları sırasındadır.

  Oğlanların daha çox “Youtube” və “İnstagram”, qızların isə “TikTok”u seçdikləri müşahidə edilib.

  İstifadəçi sayı baxımından “Yotube” və “İnstagram” başda gəlsə də, gün içində gənclərin ən uzun vaxtının “TikTok”da keçdiyi araşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3438
avatar

Oxşar yazılar