ABŞ alimləri britaniyalı həmkarlarının KƏŞFİNİ ALT-ÜST ETDİ 
28 yanvar 2021 19:14 (UTC +04:00)

ABŞ alimləri britaniyalı həmkarlarının KƏŞFİNİ ALT-ÜST ETDİ 

“Veneranın atmosferində həyat əlamətlərini şərtləndirən fosfin maddəsinin olması mümkün deyil. Bu, kükürd dioksidlə səhv salınıb”. 

Lent.az “Astrophysical Journal”a istinadən xəbər verir ki, bu fikirləri ABŞ alimləri britaniyalı həmkarlarının Venera planetində həyatla bağlı yeni kəşfinə münasibət bildirərkən deyiblər.

Amerikalı mütəxəssislər Britaniya alimlərinin açıqlamalarını sadəcə, fərziyə adlandırıblar. 

Qeyd edək ki, Çili dağlarında yerləşən “ALMA” radiorəsədxanası və Havaydakı “James Clark Maxwell” infraqırmızı teleskopu tərəfindən müəyyən edilmiş “fosfin açılqması” ötən ilin sentyabrında ingilis alimləri tərəfindən ən yüksək səviyyəli kəşf elan olunmuşdu. 

Lakin Vaşinqton Universitetinin professoru Viktoria Medouz bunun əksini düşündüyünü bildirib. 

“Venera atmosferində fosfinlə bağlı müşahidələr alternativ bir fərziyyə ilə uyğundur: kükürd dioksidlə. Kükürd dioksid isə Venera atmosferində ən çox yayılmış üçüncü kimyəvi maddədir və həyat əlaməti hesab edilmir. Səthdəki yüksək temperatur və təzyiqə, həmçinin atmosferin kimyəvi tərkibinə görə Venera əksər alimlər tərəfindən yaşayış üçün əlverişsiz hesab olunur”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4593
avatar

Rəsul SARI

Oxşar yazılar