Elon Maskın “Neuralink” startapı özünün neyrointerfeysinin son versiyasının imkanlarını nümayiş etdirib.
Lent.az “technote”a istinadən xəbər verir ki, təqdim olunan video nümayişdə meymun öz beyninə yeridilmiş xüsusi çip vasitəsilə ekrandakı sadə əməliyyatları yerinə yetirə bilir və “ping-pong” oynayır.
Çox güman ki, artıq yaxın gələcəkdə bu cür texnologiya iflic olmuş şəxslərə ətraf insanlarla ünsiyyət qurmaq imkanını və hətta öz bədənlərinin hərəkət etmə qabiliyyətlərini qaytarmaq şansını verəcək.
Qeyd edək ki, Pager adlı 9 yaşlı meymun sözügedən videonun çəkilməsindən 6 həftə öncə neyroimplantın beyinə yerləşdirilməsi əməliyyatından keçib.