"ThinkPad X1 Titanium" noutbuku
26 aprel 2021 19:22 (UTC +04:00)

"ThinkPad X1 Titanium" noutbuku

"5G" şəbəkələrinə qoşulan yeni noutbuk nümayiş olundu

"Lenovo" şirkəti qabaqcıl "ThinkPad X1 Titanium" noutbukunu nümayiş etdirib.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, adından da göründüyü kimi, qurğu titan korpusla təchiz edilib. Bundan başqa, şirkət qurğunun "5G" şəbəkələrinə qoşulması imkanının qayğısına qalıb.

 "Lenovo ThinkPad X1 Titanium" noutbuku 11-ci nəsil "Intel Core i5" və ya "i7" prosessorları ilə təchiz ediləcək. Həmçinin noutbuk "Intel EVO" sertifikasiyasına malik olacaq. Materiallar (titan və karbon lif) sayəsində kompüterin çəkisi 1,15 kiloqram, qalınlığı 11,5 millimetr təşkil edir ki, bu da onu bu əmtəə nişanı tarixində ən nazik "ThinkPad" noutbuku edir.

Ekranın diaqonalı 13,5 düym, təsvir ölçüsü 3:2 tərəf nisbətində "2К" təşkil edir. Dəstə stilus daxildir. Qrafik altsistemi qismində "Intel Xe" sürətləndiricisindən istifadə ediləcək. Operativ yaddaş tutumu 16, quraşdırılmış yaddaş 512 giqabayta, akkumulyator tutumu 44,5 vatt-saata bərabərdir.

"ThinkPad X1 Titanium" noutbukunun "Wi-Fi" ilə təchiz edilən versiyasının qiyməti 2300 dollardan, "5G" modeminə malik modelin isə 3079 dollardan başlayır. Satışlara aprelin 30-dan etibarən başlamaq nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2331
avatar

Oxşar yazılar