50 min il sonra  İLK DƏFƏ: Bir daha görməyəcəyik
14 yanvar 2023 18:54 (UTC +04:00)

50 min il sonra İLK DƏFƏ: Bir daha görməyəcəyik

50 min il sonra ilk dəfə quyruqlu ulduz Yerə yaxınlaşıb.

Lent.az xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

Məlumata görə, yaşıl kometa axırıncı dəfə 2022-ci ilin martında Yupiter ətrafında fırlanarkən müşahidə edilib. Mütəxəssislər bu səma cisminin fevralın 2-də Yerə ən yaxın nöqtədə olacağını hesab edirlər.

“Quyruqlu ulduzlar gözlənilməz bir anda üzə çıxmaqları ilə tanınırlar. Amma bu şəkildə parıldamağa davam edərsə, onu görmək asan olacaq”,- deyə açıqlamada bildirilib.

Ulduz yanvar ayı ərzində Şimal yarımkürəsində görünəcək. Fevral ayında isə Cənub yarımkürəsinə keçəcək.

Qeyd edək ki, kometa Günəş ətrafında öz orbitini 50 min il ərzində tamamlayır. Bu da onu həyatda bir dəfə müşahidə edilə bilən hala gətirir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6927
avatar

Sevinc Fərid

Oxşar yazılar