Bu gün yaxşı bir noutbuk almaq asan deyil.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bazarda həddindən çox noutbuk növü var.
Bəs ən yaxşı noutbuklar hansılardır? 2022-ci ilin ən yaxşı və dözümlü noutbuklarının siyahısı açıqlanıb.
1. Apple MacBook Air (M2)
M2 prosessorlu “Apple MacBook Air”in baza modeli 8 GB RAM və 256 GB daxili yaddaşa, 8 nüvəli prosessora, LED işıqlandırmalı 13,6 düymlük ekrana və IPS texnologiyasına malikdir. Batareya doldurulmadan 18 saata qədər işləyir. Noutbukun çəkisi 1,2 kiloqram və ABŞ-da qiyməti 1399 dollardır.
2. MacBook Pro
Bu noutbuk “Apple” şirkətinin indiyə qədər buraxdığı ən güclü noutbukdur. Kodlaşdırma və video montajı da daxil olmaqla bir sıra tapşırıqları yerinə yetirir. Noutbukun iki ekran variantı var - 14 və 16 düym. Cihaz 16 GB RAM və 512 GB daxili yaddaşa (SSD) malikdir. Batareya doldurulmadan 17 saata qədər işləyir. 14 düymlük versiyanın çəkisi 1,5 kiloqramç və ABŞ-da 1599 dollar, 16 düymlük versiyanın çəkisi 2,1 kiloqram və 2099 dollardır.
3. MacBook Air (M1)
Ən ucuz noutbuk hesab olunur. ABŞ-da onun qiyməti 999 dollardır. M1 prosessoru sayəsində çox sürətli işləyir. Ekranın diaqonalı 13,3 düym, 8 GB əməli yaddaş və 256 GB daxili yaddaş, noutbukun çəkisi 1,27 kiloqramdır.
4. HP Spectre x360 14
Bu, “Windows” əməliyyat sistemində işləyən ən yaxşı noutbukdur. Noutbukun 16 GB RAM və 1 TB daxili yaddaşı var. Batareya doldurulmadan 18 saata qədər işləyir. Ekran 13,5 düymdür, ABŞ-da qiyməti 1550 dollardır. Çəkisi 1,34 kilodur.
5. Asus ROG Zephyrus G15
Oyun oynamaq üçün ən yaxşı noutbuk hesab edilir. Batareya doldurulmadan 8 saata qədər işləyir. Noutbukun təxminən 2 kiloqram ağırlığındadır və ABŞ-da qiyməti 2000 dollardır.