10 ən güclü  orta səviyyəli   smartfon - onlar tezliklə “köhnəlməyəcək”
07 yanvar 2025 13:27 (UTC +04:00)

10 ən güclü orta səviyyəli smartfon - onlar tezliklə “köhnəlməyəcək”

Flaqmanların reytinqindən sonra AnTuTu bençmarkı ən güclü orta büdcəli Android smartfonlarının cari top siyahısını dərc edib. Müasir smartfonlarda batareya və displeyin əhəmiyyətinə baxmayaraq, onların əsas komponenti prosessor olaraq qalır. Telefonun nə qədər tez köhnəldiyini müəyyən edən odur.

Lent.az-ın xəbərinə görə, bu gün orta büdcəli bazara Realme GT Neo 6 SE rəhbərlik edir. Performans balı: 1,4 milyon baldan çox. Cihaz Snapdragon 7+ Gen 3 prosessoru ilə təchiz edilib ki, bu da öz performansı ilə ekspertləri heyran edib və güc baxımından Snapdragon 8 Gen 2-dən heç də aşağı deyil.

İkinci yerdə eyni çipli OnePlus Ace V3 qərarlaşıb. Onun performans balı “Realme”dən bir qədər aşağıdır. İlk üçlüyü MediaTek Dimensity 8300-Ultra ilə təchiz edilmiş Redmi K70E (1,34 milyon) qapayır.

İlk 10-luq budur:

• Realme GT Neo 6 SE - 1,4 milyon bal.

• OnePlus Ace V3 - 1,4 milyon bal.

• Redmi K70E - 1,34 milyon bal.

• Realme GT Neo 5 SE - 1,16 milyon bal.

• Redmi Note 12 Turbo - 1,13 milyon bal.

• iQOO Z8 - 971 min bal.

• iQOO Neo 7 SE - 953 min bal.

• Redmi Note 12T Pro - 869 min bal.

• Redmi K50 - 825 min bal.

• iQOO Z9 - 818 min bal.

OnePlus 13R 2025-ci ilin yanvarında reytinqə daxil edilməlidir. Cihaz orta səviyyəli qiymətə flaqman smartfon olacaq, onun performansı uzun illər davam edəcək. 

Həmçinin 2025-ci ildə 8000 mAh batareyaya malik smartfonlar bazara çıxmağa başlayacaq. Tipik olaraq, bu tutumlu batareyalar orta səviyyəli planşetlərdə istifadə olunur.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7653

Oxşar yazılar

Ən etibarlı 10  Koreya avtomobili

Ən etibarlı 10 Koreya avtomobili

22 iyul 2025 , 12:04
Telefon şarj olmursa nə etməli?

Telefon şarj olmursa nə etməli?

22 iyul 2025 , 09:53
Avtomobildə  telefonu istidən  necə qorumaq olar? - Saxlamaq üçün ən yaxşı yerlər

Avtomobildə telefonu istidən necə qorumaq olar? - Saxlamaq üçün ən yaxşı yerlər

21 iyul 2025 , 13:53
2025-ci ilin ən yaxşı 10 ailə avtomobili  - SİYAHI

2025-ci ilin ən yaxşı 10 ailə avtomobili - SİYAHI

19 iyul 2025 , 14:05
Bu 7 mövzunu ChatGPT-yə qətiyyən demək olmaz

Bu 7 mövzunu ChatGPT-yə qətiyyən demək olmaz

19 iyul 2025 , 12:28
“Apple” ilk qatlana bilən “iPhone”  buraxır: daha ucuz olacaq

“Apple” ilk qatlana bilən “iPhone” buraxır: daha ucuz olacaq

18 iyul 2025 , 19:46
Ən problemli  5 avtomobil -  SİYAHI

Ən problemli 5 avtomobil - SİYAHI

17 iyul 2025 , 18:03
“Mercedes”in  ilk elektrikli   avtomobili

“Mercedes”in ilk elektrikli avtomobili

17 iyul 2025 , 14:11