Hazırda Bakıda müşahidə edilən yağmurlu hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a bildirilib ki, bununla bağlı mərkəzin əməkdaşları məlumat-sürət tablolarında dəyişiklik edib. Eyni zamanda bütün tablolarda “sürüşkən yol” işarəsi qoyulub.
Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.