Zibil qutusuna uşaq atan ANA:  onu nə gözləyir? – ARAŞDIRMA
13 noyabr 2024 14:08 (UTC +04:00)

Zibil qutusuna uşaq atan ANA: onu nə gözləyir? – ARAŞDIRMA

Təəssüf ki, son zamanlar tez-tez valideynlərin yeni doğulmuş körpələri zibil qabına, ya da küçəyə atıb qaçdıqlarının şahidi oluruq. Bəs həmin valideynlərə hansı cəzalar tətbiq edilir? Belə halların qarşısını almaq üçün nə etməliyik?

Lent.az məsələ ilə bağlı araşdırma aparıb.

Uşaq səsinə həsrət qalan ailələr övladları olsun deyə bütün var-dövlətini verməyə hazırdırlar. Amma bəzi valideynlər uşaqları küçələrə, zibil qutularına atır, uşaq evlərinə verirlər. Uşaq evlərinə verilməni haradasa başa düşmək olar, o mənada ki, imkanı olmayan valideyn çıxış yolunu uşağı dövlətin himayəsinə verməkdə görür. Bəs övladını yol kənarına atan valideynlər? Bu acınacaqlı vəziyyətə necə haqq qazandırmalı?

Əslində, heç cür...

Lakin ölkəmizdə bu sosial problemin artmasında müəyyən milli dəyərlərin, o cümlədən, dinin də təsiri az deyil. Xristian dövlətlərində nikahdan kənar, qanunsuz doğulan uşaqlar olanda buna pis baxılmır və “hər kəsin öz həyatıdır” deyə qiymət verilir. Bizdə isə atılmış uşaqların əksəriyyəti adətən nikahdan kənar, qanunsuz dünyaya gələn uşaqlar olduğu üçün buna ailədə, cəmiyyətdə pis baxılır. Xüsusən də analar uşaqlarından imtina edərkən bu prinsipi rəhbər tutaraq onları naməlum bir yerə atıb oradan uzaqlaşmağa cəhd edirlər.

Belə bir qəddarlıq edən valideynlərə hansı cəza tətbiq olunur?

Uşağın küçəyə atılması onun ölümün caynağına tərk edilməsidir ki, bu da birbaşa qəsdən adam öldürmə hesab oluna bilər. Küçəyə atılan uşağın orada ölüb-ölməyəcəyini də əvvəlcədən bilmək olmaz.

Qanunvericilikdə uşaqlarını küçəyə atan valideynlər cinayət məsuliyyətinə cəlb olunur. Övladını küçəyə atan insanlar hüquq-mühafizə orqanları tərəfindən saxlanılarsa, onlar 3 ilədək inzibati azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Köməksiz vəziyyətdə olan şəxsin həyatına təhlükə yaratmış şəxs, yəni körpəsini küçəyə atmış valideyn müvafiq maddə əsasında 1000 manatdan 1500 manatadək cərimə oluna, bir ilədək sınaq işləri və ya 6 aylıq həbslə cəzalandırıla bilər.

Dünya necə qarşı çıxır?

Bəzi ölkələrdə arzuolunmaz körpələrin küçələrə atılmasının qarşısını almaq üçün xüsusi məntəqələr fəaliyyət göstərir ki, valideyn övladını bura gətirib təhvil verir və onun anonimliyi qorunur. Nəticədə küçədə uşaqların zədələnməsinin, şaxtalı havalarda donmasının, bir sözlə o ölkənin balaca vətəndaşına xələl gəlməsinin qarşısı alınır.

Xatırladaq ki, Uşaq hüquqlarına dair beynəlxalq konvensiya da mövcuddur və bu sənəd tarixdə ən geniş qəbul olunmuş sənədlərdən biridir. 20 noyabr 1989-cu il tarixində təsdiq olunan bu konvensiya sayəsində artıq, bütün uşaqların hüquqları qanunla qorunur. Azərbaycan 21 iyul 1992-ci il tarixli və 236№-li qanunla BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasını ratifikasiya edib.

Uşaqlarına hüquqlarının pozulmasına dair beynəlxalq hesabatlara nəzər saldıqda, mənzərənin daha ciddi olduğunun müşahidə edirik. “United Nations International Children's Emergency Fund”un (UNİCEF) təqdim etdiyi hesabatda bildirilir ki, hər il 500 milyon ilə 1,5 milyard arasında uşaq ən az 1 növ şiddətə məruz qalır. Hər 5 qız və 13 oğlan uşağından biri cinsi zorakılığa məruz qalır. Dünyada hər 10 dəqiqədə bir yeniyetmə qız şiddətə məruz qalaraq dünyasını dəyişir. Dünyadakı insanların 23%-i bildirib ki, onlar uşaq vaxtı fiziki zorakılığa məruz qalıb. Bunlardan da 16%-i fiziki şiddətə məruz qaldığını bəyan edib. Fiziki qüsurlu uşaqlar digər uşaqlara nisbətən 3,7 dəfə çox şiddətin qurbanı olurlar. Belə uşaqlar digər uşaqlardan 3,6 dəfə çox fiziki istismara, 2,6 dəfə çox isə cinsi zorakılığa məruz qalırlar. Zehni cəhətdən əngəlli uşaqlar digər uşaqlara nisbətən 4,6 dəfə çox cinsi zorakılığa məruz qalırlar. Dünyadakı insan alveri qurbanlarının 33%-i çox təəssüf ki, uşaqlardır. Hər il cinayət nəticəsində öldürülənlərdən 41 min nəfəri 15 yaş altı uşaqlardır. Uşaqlara qarşı ən çox fiziki, cinsi və psixoloji istismar Afrikada qeydə alınır.

Ən çox uşaq hüquqlarının pozulduğu faktı qeydə alınan 10 ölkəni təqdim edirik:

1- Avstraliya: Hər il 50000 uşaq

2- ABŞ: 20000 uşaq

3- Əfqanıstan 18 000 uşaq. Burada uşaqlar xüsusilə terror təşkilatlarının əlinə düşməsin deyə, hökumət mübarizə aparır.

4- Böyük Britaniya: Böyük Britaniyada 18 yaşdan yuxarı kişilərdən hər 200 nəfərdən 1-i pedofildi. Təkcə İngiltərədə 16 min uşağın zorakılığa məruz qaldığı faktı qeydə alınıb. Bunların içində də ən çox cinsi zorakılığa məruz qalıb.

5- Rusiya: Rusiyada hər il 11000 uşağın hüquqları pozulur.

6- Zimbabve: Hökumətin rəsmi rəqəmlərinə görə son 4 ildə 30 mindən çox uşaqlar müxtəlif növ zorakılığa məruz qalıb, hüquqları pozulub.

7-Botsvana: Botsvana Afrikada səhiyyə sisteminin bərbadlığı ilə məşhurdur. Burada hər il ortalama 10 min uşağın hüquqlarının pozulduğu və uşaq ölümlərinin yüksək olduğu qeydə alınır.

8-Hindistan: Dünyada uşaq hüquqlarının pozulması halının gedərək artdığı ölkələrdən biri də Hindistandır. Orada 2001-ci ildə 2000 uşağın hüquqlarının pozulduğu rəsmi qeydiyyata alınıbsa, bu rəqəm ötən il 8 minə yüksəlib.

9-Banqladeş: Banqladeşdə uşaqlar şiddətə, cinsi zorakılığa qeydə alınma çoxluğuna diqqət çəkir. Rəsmi rəqəmlərdə 4000 uşağın hüquqlarının pozulduğu qeyd olunsa da, əkrəs ailələr bu halları gizlədiyi üçün, rəqəmin daha böyük olduğu düşünülür.

10- CAR: CAR təkcə idman yarışlarını təşkil edən ölkə kimi yox, eləcə də, bərbad səhiyyə sistemi və uşaq istismarı ilə məşhurdur. Burada ötən il 3200 uşağın təcavüzə və şiddətə məruz qaldığı qeyd olunub.

Uşaq hüquqlarının qorunmasına riayət edən ölkələr isə aşağıdakı kimidir:

1- Lixtenşteyn

2- San Marino

3- Andorra

4- Yeni Zellandiya

5- Monako

6- İsveç

7- Hollandiya

8- Finlandiya

9- İsveçrə

10- Avstriya

Lakin unutmamalıyıq ki, uşaqlar bizim gələcəyimizdir. Heç bir şey gələcəyimizi məhv etməyə səbəb ola bilməz!

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5043
avatar

Ləman Sərraf

Oxşar yazılar