Toyda  anasını döyən gəlin   həbs olundu
12 may 2026 19:59 (UTC +04:00)

Toyda anasını döyən gəlin həbs olundu

1

Polşada gəlin toy mərasimi zamanı anasını döyüb. Hadisə yerinə polis və təcili yardım işçiləri gəlib.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Polşanın Suvalki şəhərində gəlin toy mərasimi zamanı anasını döyüb. O, buna görə həbs edilib.

Hüquq-mühafizə orqanları qadınlar arasında qızğın mübahisənin baş verdiyini göstərən halları müəyyən edib. Gəlin anasına bir neçə dəfə zərbə endirib və onu yerə yıxıb. Alkotester testi qadının qanında spirt səviyyəsinin təxminən 1,5 promilli olduğunu göstərib.

Anaya təcili yardım həkimləri lazımi yardımı göstəriblər. Suvalki polisi 42 yaşlı qadını polis bölməsinə aparmaq qərarına gəlib və o, gecəni gəlinlik paltarında keçirib.

"Saxlanılan qadına 14 gün ərzində zərərçəkmiş anaya yaxınlaşmaq qadağan edilib. Onlar zərərçəkmişin təhlükəsizliyini təmin etmək üçün zorakılığa qarşı mübarizə qanununda nəzərdə tutulmuş səlahiyyətlərdən istifadə ediblər”, - polisdən bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 792

Oxşar yazılar