Florentino Perez vəzifəsindən gedir?
12 may 2026 21:35 (UTC +04:00)

Florentino Perez vəzifəsindən gedir?

0

"Real Madrid" futbol klubunun prezidenti Florentino Perez istefa vermək niyyətində olmadığını açıqlayıb.

Lent.az xəbər verir ki, o, bu barədə keçirdiyi mətbuat konfransında deyib.

79 yaşlı prezident ciddi xəstəliyi olduğu barədə xəbərləri də təkzib edib.

"Sizə deməyimə çox təəssüf edirəm, amma istefa verməyəcəyəm. İstefa verməyəcəyəm! Mənə qarşı kampaniyalar aparılır. Amma mən hələ də buradayam və prezidentəm. İnsanlar xərçəng xəstəliyinə tutulduğumu deyirdilər, amma hamısı yalan idi. Yorulmamışam", - deyə Perez mətbuat konfransında bildirib.

Qeyd edək ki, Florentino Perez 2000-ci ildən 2006-cı ilə qədər "Real Madrid"in prezidenti olub. O, 2009-cu ildə təkrar bu vəzifəyə seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 352

Oxşar yazılar