Zəlzələdə ölən tələbələrimiz Azərbaycana BU TARİXDƏ GƏTİRİLƏCƏK  - RƏSMİ
15 fevral 2023 11:35 (UTC +04:00)

Zəlzələdə ölən tələbələrimiz Azərbaycana BU TARİXDƏ GƏTİRİLƏCƏK - RƏSMİ

Fevralın 6-da Türkiyənin Malatya şəhərində baş vermiş zəlzələdə həlak olan tələbələrin cənazələrinin Azərbaycana gətiriləcəyi tarix bəlli olub.

Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq, Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə məlumat verib.

A.Hacızadənin sözlərinə görə, cənazələrin fevralın 16-sı gecə saat 02:00 radələrində ölkəyə gətirilməsi nəzərdə tutulub:

"Müəyyən prosedur qaydaları var ki, bunların icra edilməsi üçün cənazələr əvvəlcə Malatyadan İstanbula aparılacaq. Daha sonra oradan Ankaraya və Azərbaycana gətiriləcək. Fevralın 16-sı gecə 02:00-da gətiriləcəyi nəzərdə tutulur. Amma müəyyən səbəblərdən irəli gələrək gətirilmə və ölkəyə çatma tarixi dəyişə bilər".

Qeyd edək ki, Malatya şəhərindəki İnönü Universitetinin tələbələri olan - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə haqqında zəlzələ baş verdiyi vaxtdan dünənədək heç bir məlumat yox idi. Onların meyitləri uzun axtarışlardan sonra fevralın 14-də dağıntılar altından çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 217860
avatar

Fidan İlqar

Oxşar yazılar