Zəlzələdə həyatını itirmiş tələbələrin DƏFN YERLƏRİ AÇIQLANDI
15 fevral 2023 14:17 (UTC +04:00)

Zəlzələdə həyatını itirmiş tələbələrin DƏFN YERLƏRİ AÇIQLANDI

Fevralın 6-sı Türkiyənin Malatya şəhərində baş vermiş zəlzələ səbəbindən dağıntıların altında qalan azərbaycanlı tələbələrin nəşi sabah - fevralın 16-sı Azərbaycana gətiriləcək.

Lent.az ölkəyə gətirilən tələbələrin dəfn yerlərini müəyyənləşdirib. 

Belə ki, Malatya şəhərindəki İnönü Universitetinin Psixologiya fakültəsinin III kurs tələbəsi Samir Quliyevin ailəsi Gədəbəydə yaşayır. Elə Samir Quliyev də həmin rayonun qəbristanlığında sonuncu mənzilə yola salınacaq. 

Universitetin magistr tələbəsi Gündüz Nəzərzadə Sumqayıtda, eyni zamanda, 4-cü kurs tələbəsi Hüman İsmayıllı Sumqayıt şəhərinin Corat qəbristanlığında torpağa tapşırılacaq. 

Həmçinin, universitetin sonuncu kursunda təhsil alan Şahin Verdiyev də Gəncədə dəfn olunacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4242
avatar

Fidan İlqar

Oxşar yazılar