Zaqatalada 175 müəllim niyə pullarını ala bilmir? - DSMF-dən CAVAB
23 fevral 2023 15:44 (UTC +04:00)

Zaqatalada 175 müəllim niyə pullarını ala bilmir? - DSMF-dən CAVAB

Zaqatalada 175 müəllimin analıq məzuniyyəti və bülleten pullarını ala bilməməsi barədə xəbər vermişdik.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tərkibində olan Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili Lent.az-da gedən yazıya münasibət bildirib.

O qeyd edib ki, Elm və Təhsil Nazirliyinin Şəki-Zaqatala Regional Təhsil İdarəsinin bir qrup müəllimin xəstəliyə və analıq məzuniyyətinə görə məcburi dövlət sosial sığorta haqları hesabına təyin olunan müavinətlərini ala bilməmələri ilə bağlı müraciəti araşdırılıb:

“2022-ci ilin aprel ayı üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqları 5 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xəzinə hesabına ödənildiyindən və Şəki-Zaqatala Regional Təhsil İdarəsi vergi ödəyicisi kimi 2022-ci ilin may ayında qeydiyyata alındığından, 2022-ci ilin II rübü üçün təqdim edilmiş hesabatda aprel ayı üzrə sığortaolunanlara aid qazancın əks olunması qanunauyğun deyil.  

Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən 2022-ci ilin II rübü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməli və hesabat dövrünün aprel ayında qazanc əks olunmamalıdır. Aprel ayı üzrə məlumatlar 5 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən təqdim edilməli olan 2022-ci ilin II rübü üzrə hesabatda öz əksini tapmalıdır. Uyğunsuzluqlar aradan qaldırıldıqdan və əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləlik və doğuma görə, uşağın 3 yaşı tamam olanadək ona qulluq etməyə görə, uşağın anadan olmasına görə birdəfəlik və dəfn üçün müavinət ilə bağlı haqq-hesab cədvəlləri Mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edildikdən sonra qanunvericiliyə uyğun olaraq baxılacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3513
avatar

Arzu Qurbanlı

Oxşar yazılar