Yuxarı Gövhər Ağa məscidində “Yasin tapşırma” duası oxundu-FOTO
11 iyul 2021 13:33 (UTC +04:00)

Yuxarı Gövhər Ağa məscidində “Yasin tapşırma” duası oxundu-FOTO

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və ölkədəki dini konfessiya rəhbərlərinin  Şuşa şəhərinə səfəri davam edir. 

APA-nın Şuşaya ezam olunan müxbirinin məlumatına görə, səfər  iştirakçıları Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər.

Məsciddə Quran oxunub, camaat namazı qılınıb, dualar oxunub.

Türkiyənin Azərbaycandakı səfirliyinin dini müşaviri Zəki Yavuz Yılmaz da Yuxarı Gövhər Ağa məscidində “Yasin tapşırma” duası oxuyub, şəhidləri yad edib.

Qeyd edək ki, səfərdə QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Alban udi dini icmasının rəhbəri Robert Mobili, Pravoslav kilsəsinin nümayəndələri və Milli Məclisin deputatları iştirak edirlər.

# 3678
avatar

Oxşar yazılar