Azərbaycanda 2020-ci ildə yeni doğulan uşaqlara ən çox verilən adlar açıqlanıb.
Lent.az bildirir ki, bu haqda Ədliyyə Nazirliyinin 2020-ci il fəaliyyətinə həsr olunan mətbuat konfransında nazirliyin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova məlumat verib.
Onun bildirdiyinə görə, ötən il doğumu qeydə alınan kişi cinsindən olan körpələrə ən çox Yusif, Əli, Uğur, Hüseyn və Məhəmməd adı qoyulub. Ötən il körpələrə ən çox verilən qız adları isə Zəhra, Zeynəb, Məryəm, Aylin və Mələk olub.