Yük maşınları idarə etmək üçün yaş həddi varmı? - RƏSMİ CAVAB
18 oktyabr 2021 21:07 (UTC +04:00)

Yük maşınları idarə etmək üçün yaş həddi varmı? - RƏSMİ CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında növbəti mövzu yük avtomobilləri üçün sürücülük hüququnun hansı yaşdan etibarən verilməsidir.

Ötən həftə Bakıda 5 nəfərin ölümü, 25 nəfərin yaralanması ilə nəticələnən dəhşətli qəza gündəmi zəbt etdi. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, qəzaya səbəb olan yük avtomobilinin sürücüsü Mahmud Əzizovun 19 yaşı olub. Bu açıqlamadan sonra çoxları həmin yaşda gəncin yük avtomobili sürməsini birmənalı qarşılamadılar.

Bəs görək, ölkə qanunvericiliyinə görə, yük maşınlarını idarə etmək üçün neçə yaşdan etibarən icazə verilir?

Rubrikamızın sualına Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat xidməti aydınlıq gətirib. Bildirilib ki, yük avtomobilləri “C” kateqoriyasına aiddir:

“C" kateqoriyasını əldə etmək üçün 18 yaş tamam olmalıdır. Bunun üçün əlavə tələb yoxdur. Ancaq "C1" (qoşqu) kateqoriyası üçün 1 il nəqliyyat vasitəsi idarə etmək vacibdir. Həmçinin avtobusu sürmək üçün də 5 il təcrübə tələb olunur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3498
avatar

Mehman Nəbiyev

Oxşar yazılar