Yol polisi sürücüləri hansı hallarda saxlaya bilməz? - RƏSMİ CAVAB
24 sentyabr 2021 18:42 (UTC +04:00)

Yol polisi sürücüləri hansı hallarda saxlaya bilməz? - RƏSMİ CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bu günə olan mövzusu sürücülərin yol polisi tərəfindən hansı yerlərdə saxlanılması ilə əlaqədardır.

Əksər sürücülər etiraz edirlər ki, yol polisi onları tıxac olan, digər hərəkət iştirakçıalrına mane yaradan, təhlükəli yerlərdə və s. saxlayır. Bu barədə sosial şəbəkədə çoxsaylı paylaşımlar da mövcuddur.

Rubrikamızın “Yol polisi hansı yerlərdə sürücüləri saxlaya bilməz?” sualına Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli cavab verib. O bildirib ki, əgər hərəkətdə olan nəqliyyat vasitəsinin saxlanılması digər hərəkət işriakçılarına ciddi mane yaradacaqsa, buna yol verilməməlidir:

“Yol polisi hərəkətdə olan sürücünü, hərəkətin digər iştirakçılarını mopedçini, velosipedçini, piyadanı yol hərəkəti qaydalarını pozduğu istənilən halda saxlaya bilər. Sıxlıq, tıxac və s. bunların heç bir aidiyyatı yoxdur. Bu barədə yol patrol xidməti haqqında təlimatda göstərilən məqamlar var. Məsələn, tunellərin altında haçalanma varsa, dönmə bucağı çoxdursa, dönən sürücülər üçün zolaq sayı 2-dən azdırsa yol polisi sürücüləri saxlaya bilməz. Ancaq tuneldə zolaq sayı 4-dürsə saxlamaq olar. Stasionar postlarda istənilən vaxt sürücünü saxlayıb sənədlərini yoxlamağa qanun icazə verir. Əgər qayda pozan nəqliyyat vasitəsi təhlükəli və ya ciddi problem yarandığı ərazidədirsə saxlanılmamalıdır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5328
avatar

Mehman Nəbiyev

Oxşar yazılar