Bu gün “Yeni xəbər” “YouTube” kanalında APA-ya istinadən “Ermənilər Füzulidə hücuma keçdi: ölənlər və yaralılar var” başlıqlı xəbər yayımlanıb.
Xəbərdə APA-ya istinadən erməni silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutduğu, kənd sakinləri arasında ölən və yaralananların olduğu bildirilir.
Xəbərin davamında qeyd olunur ki, Müdafiə Nazirliyindən APA-ya xəbəri təsdiqləyib, iki kənd sakininin həlak olduğu, daha bir neçə nəfərin yaralandığı bildirilib.
Bildiririk ki, “Yeni xəbər” kanalı təxribata yol verərək, APA-nın adından istifadə edib.
Bəyan edirik ki, “APA Group”a daxil olan heç bir qurum belə bir məlumat yaymayıb.