Yeni ştamm daha çox məktəblilər arasında yayılır - İnfeksionistdən AÇIQLAMA
12 noyabr 2021 14:01 (UTC +04:00)

Yeni ştamm daha çox məktəblilər arasında yayılır - İnfeksionistdən AÇIQLAMA

AY.4.2 ştammı "Delta"nın mutasiyaya uğramış formasıdır. 

Bu sözləri Lent.az-a açıqlamasında infeksionist İlahə Vəliyeva deyib.

O bildirib ki, yeni ştamm daha çox uşaqlar arasında yayılır:

“Bir sıra ölkələrdə və eləcə də qonşu ölkələrdə bu ştamm geniş yayılıb. Mutasiyaya uğramış ştammın reaktivi olmadığı üçün diaqnoz qoymaq çətindir. Elə ona görə də ölkəmizdə yeni ştammın olub olmadığını müəyyənləşdirmək çətindir. 

Əlamətləri isə çox fərqlidir. Sadə qrip və yaxud da zökəm, burun axma, baş, boğaz ağrısı və öskürək kimi özünü göstərir. Qripdən fərqli olaraq daha uzun müddətli gedir və gec sağalır. 

Uşaqlar üçün çox təhlükəlidir. Xüsusilə də məktəbli uşaqlar arasında sürətlə yayılır. Təhlükəlilik dərəcəsi də əvvəlki COVID variantları ilə eynidir”. 

Qeyd edək ki, AY.4.2 ştammı daha çox Böyük Britaniyada yayılmağa başlayıb. "Delta"dan fərqli olaraq  isə ÜST tərəfindən təhlükəli variant adlandırılmayıb. 

# 2376
avatar

Aytəkin Cəlali

Oxşar yazılar