Yeni pandemiya ola bilər
08 iyun 2025 10:07 (UTC +04:00)

Yeni pandemiya ola bilər

Amerikalı alimlər insan üçün potensial təhlükə yaradan yeni koronavirus aşkarlayıblar.

Lent.az-ın xəbərin görə, bu barədə təhqiqatın nəticələri “Nature Communications” elmi jurnalında dərc edilib.

HKU5-CoV-2 adlandırılan bu virus yalnız bir mutasiya ilə insan hüceyrələrinə daxil ola və növbəti pandemiyaya səbəb ola bilər.

 

MERS virusunun “qohumu”

 

HKU5-CoV-2 virusu MERS-CoV virusuyla eyni ailəyə aiddir. Qeyd edək ki, MERS virusu insanlara əsasən dəvələrdən keçir və yoluxanların üçdə biri həyatını itirir. Bu viruslar əsasən ağır tənəffüs problemlərinə səbəb olur və yüksək ölüm riski daşıyır.

 

Virusun mənşəyi – yenə də yarasalar

 

HKU5-CoV-2 virusu ilk dəfə Çində laborotoriyada aşkarlanıb. Virusa hazırda yalnız yarasalar yoluxur. Lakin bir mutasiyadan sonra, yəni virusun zülal strukturunda cüzi dəyişiklik olsa, insan orqanizmindəki ACE2 reseptorları vasitəsilə yoluxa bilər. Bu reseptorlar insanın burnu, boğazı və ağız boşluğunda yerləşir və COVID-19 virusu da bu reseptorlar vasitəsilə insan orqanizminə daxil olur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 278

Oxşar yazılar