2022-ci ildə yaşayış minimumunun həddi 210 manat məbləğində müəyyən edilib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.
2021-ci ildə yaşayış minimumu 196 manat olub.
Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.