Yağış Bakının yollarını niyə iflic etdi? "Su geri qayıdırmış..." - RƏSMİ
29 sentyabr 2021 10:54 (UTC +04:00)

Yağış Bakının yollarını niyə iflic etdi? "Su geri qayıdırmış..." - RƏSMİ

Bakıda ötən gün yağan güclü yağış əksər yollarda hərəkəti iflic etdi.

Lent.az-ın məlumatına görə, uzun müddətdir aramsız yağış görməyən paytaxt yollarını su basdı. Bu barədə sosial şəbəkədə də istifadəçilər tərəfindən çoxsaylı fotolar paylaşıldı. Əksəriyyət yollarda kanalizasiya sistemləri quraşdırılmadığını deyərək, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini qınadı. Sosial şəbəkədə paylaşılan fotolar sırasında Buzovna qəsəbəsindəki tunel də yer aldı. Tunelin su ilə dolu görüntüsü izləyicilər tərəfindən gülüş hədəfinə, həmçinin qınaq obyektinə çevrildi.

Məsələ ilə bağlı AAYDA-nın mətbuat katibi Anar Nəcəfli Lent.az-a bildirib ki, yolların su ilə dolması oradakı yağış kollektorlarının düzgün işləməməsi səbəbilə meydana gəlib:

Anar Nəcəfli

“Əvvəlki illərdə yadınızdadırsa, yağış yağanda əksər yolları keçib getmək mümkün deyildi. İndi isə belə deyil. 10 kilometrdən çox yolda yağış barmaqlıqları quraşdırılıb. Agentlik olaraq yollarda yağış sularının idarə edilməsi ilə məşğul deyilik. Sadəcə olaraq, yolların təmiri və tikintisi zamanı yağış barmaqlıqlarını yol kənarlarında quraşdırmaq kimi bir öhdəliyimiz var. Bu barmaqlıqlar da yaxınlığında kanalizasiya yaxud yağış kollektoru olan yollarda təşkil olunur. Yağış kollektoru olan yollarda su basma olubsa, bu kollektorların geri qaytarması nəticəsində yaranıb. Yaxınlığında kollektorlar olmayan yollarda isə yağış barmaqlıqları quraşdırılmayıb. Təbii ki, həmin yerlərdə barmaqlıq qoymağın heç bir mənaslı yoxdur. Həmin yollarda nə vaxt kanalizasiya yaxud yağış kollektoru çəkiləcəksə onda yağış barmaqlıqları quraşdırılacaq”. 

Anar Nəcəfli Buzovnadan paylaşılan su ilə dolu tunellə də bağlı aydınlıq gətirib:

“Buzovnada yağış suyu ilə dolan tunel AAYDA-ya məxsusdur. Hadisə sentyabrın 26-da qeydə alınıb. Orada yağış sularının çəkilməsinə kollektorların gücü çatmayıb və suları geri ötürüb. Nəticədə su tunelə dolub. Dərhal bu barədə AAYDA-nın baş idarəsinə xəbər verilib və əməkdaşlarımız hadisə yerinə gedərək problemi aradan qaldırıblar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3228
avatar

Mehman Nəbiyev

Oxşar yazılar