Xırdalanda 3 min ailə qazsız qaldı -  SƏBƏB
22 dekabr 2021 19:44 (UTC +04:00)

Xırdalanda 3 min ailə qazsız qaldı - SƏBƏB

Kənd Xırdalan ərazisində bir neçə nəfər dələduz qaz xəttini qanunsuz olaraq kəsərək, yerini dəyişdirməyə cəhd edib. 

Lent.az bildirir ki, bu barədə məlumatı “Azəriqaz” İstehsalat Birliyi mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev yayıb.

Onun qeyd etdiyinə görə, hadisə yerinə gələn “Azəriqaz”ın əməkdaşları bu cəhdin qarşısını alıblar. Ancaq hadisəni törədənlər yük maşınını xəttin altından çəkmədikləri üçün 3000 abonent hazırda qazsız qalıb. 

El.Vəliyevin bildirdiyinə görə, dərhal DİN-nin 102 "Qaynar xətti"nə müraciət olunub, polis əməkdaşları hələ ki hadisə yerinə gəlməyib. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2853
avatar

Oxşar yazılar