XƏBƏRDARLIQ  - Leysan yağacaq, dolu düşəcək
01 iyun 2025 17:53 (UTC +04:00)

XƏBƏRDARLIQ - Leysan yağacaq, dolu düşəcək

İyunun 2-si axşam şimal və qərb rayonlarından başlayaraq 5-dək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Gözlənilən yağıntılar ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3891

Oxşar yazılar