İcra başçısı: "Zəngilana qayıdış günü uzaqda deyil”
29 oktyabr 2015 11:45 (UTC +04:00)

İcra başçısı: "Zəngilana qayıdış günü uzaqda deyil”

Bu gün Zəngilan rayonunun Ermənistan ordusu tərəfindən işğal olunmasından 22 il ötür. İşğal günündə Zəngilan ictimaiyyətinin nümayəndələri Şəhidlər xiyabanında toplanıblar. Yüzdən artıq zəngilanlının qatıldığı tədbirdə Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərin ruhuna dualar oxunub. Daha sonra Zəngilan rayonundan şəhid olanların məzarları ziyarət olunub, onların məzarına gül qoyulub.

 

Zəngilanlılar qarşısında çıxış edən Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov bildirib ki, doğma yurdumuza dönəcəyimiz gün yaxındadır: “İnanırıq ki, prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində biz doğma Zəngilanımıza qayıdacağıq, orada abadlıq-quruculuq işləri ilə məşğul olacağıq, yeni iş yerləri yaradacağıq. Bununla bağlı artıq bir çox planlar da hazırlanıb. Zəngilana qayıdış günü uzaqda deyil”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 251
avatar

Oxşar yazılar